Mündəricat  

Təyəmmüm

Təyəmmümdə vacib olan işlər

Təyəmmümdə dörd şey vacibdir:

1-Niyyət;

2-Iki əlin içini, təyəmmümün səhih olduğu şeyə vurmaq;

3-Iki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə: tüklər göyərən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək. Ehtiyat-vacibə görə əllər qaşların da üstünə çəkilməlidir.

4-Sol əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni qayda ilə çəkmək.

Təyəmmün lazım olduğu hallar

Bir neçə halda dəstəmaz və qusul əvəzindən təyəmmüm almaq lazımdır.

BIRINCI: Dəstəmaz və qusul almaq üçün lazım olan suyu tapmaq mümkün olmasa;

IKINCI: Əgər bir kəs qocalıq səbəbilə, yaxud oğrudan, yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan çıxartmaq üçün lazımi avadanlığın olmaması səbəbilə su əldə edə bilməsə, təyəmmüm etməlidir.

ÜÇÜNCÜ: Əgər bir kəs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin vücuda gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya çətinliklə müalicə olunacağından qorxsa, təyəmmüm etməlidir. Amma əgər isti suyun zərəri olmasa, isti su ilə dəstəmaz və ya qusul etməlidir.

DÖRDÜNCÜ: Əgər insan suyu dəstəmaz və qusul üçün məsrəf edəsəyi halda özü, əyalı, övladları, dostu və ona aid olan şəxslərin (nökər və ya külfət) susuzluqdan öləsəklərindən, yaxud xəstələnəsəklərindən, yaxud da dözülməsi məşəqqətli olan qədər susayasaqlarından qorxsa, dəstəmaz və qusul əvəzindən təyəmmüm etməlidir. Həmçinin özünün, yaxud başqasının malı olan heyvanın susuzluqdan tələf olmasıdan qorxsa, suyu onlara verib təyəmmüm almalıdır. Həmçinin əgər, sanının hifzi vacib olan bir kəs çox susuz olsa və suyu ona verməyəsəyi halda tələf olacaqsa, suyu ona verib təyəmmüm etməlidir.

BEŞINCI: Bədəni, yaxud paltarı nəcis olan və yalnız qusul və dəstəmaza çatan qədər suyu olan bir kəs, dəstəmaz və qusul aldıqda, bədənini və yaxud paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, bədənini və paltarını suya çəkib təyəmmümlə namaz qılmalıdır. Amma əgər təyəmmüm almaq üçün bir şeyi olmasa, o suyu dəstəmaz və qusul üçün istifadə edib, nəcis bədən və ya paltarla namaz qılmalıdır.

ALTINCI: Əgər istifadəsi haram olan su və ya qabdan başqa bir suyu və ya qabı olmazsa (məsələn, suyu, yaxud qabı qəsbi olsa və ondan da başqa suyu və yaxud qabı olmasa), dəstəmaz və ya qusul yerinə təyəmmüm etməlidir.

YEDDINCI: Əgər vaxt çox az olsa və dəstəmaz, yaxud qusul alacağı təqdirdə namazın hamısı, yaxud bir miqdarı namazın vaxtından sonra qılınacaqsa (qəza olacaqsa), təyəmmüm etməlidir.

Təyəmmümün səhih olduğu şeylər

Təyəmmüm torpağa, quma, kəsəyə, daşa (əgər pak olsalar) səhihdir. Həmçinin, bişmiş palçığa (kərpis, kuzə və s.) səhih deyil. Gəc daşına, əhəng daşına, qara mərmər daşına və s. növlərdən olan daşlara təyəmmüm etmək səhih deyil. Məgər ki, gəc daşı və s. bişməsə səhihdir.

Təyəmmümün qaydası

1.Əlləri qoşalayıb təyəmmümün səhih olduğu şeyin üzərinə vururuq.

2. Sonra əlləri qoşa şəkildə alının tük bitən yerindən qaşların üstünə və burunun ucuna kimi çəkirik.

3. Sol əli (əl tərpənməməlidir) sağ əlin üstünə (biləkdən barmaqların ucuna qədər) çəkirik.

4. Sağ əli də eyni qaydada sol əlin üzərinə çəkirik.

  Mündəricat