Qayıdış  

Qüsl

Namazdan qabaq boynunda cənabət, məssi-meyyit, heyz (aybaşı), istihazə və nifas qüslü olan şəxslərə qüsl etmək vacibdir və onlar namaz qılmaq üçün əlavə olaraq dəstəmaz da almalıdırlar. Cənabət qüslü isə dəstəmazı əvəz edir və onunla namaz qılmaq olar.

Qüsl etməyin qaydası:

1-Niyyət: «Qüsl edirəm qürbətən iləllah» sözlərini qəlbdən keçirmək;

2-Bədənin baş və boyun hissəsini yumaq;

3-Çiyindən ayağa qədər bədənin sağ tərəfini yumaq;

4-Çiyindən ayağa qədər bədənin sol tərəfini yumaq;

Yaxud, əvvəl baş və boyun hissəsini və sonra sağ və daha sonra isə sol tərəflərin suda batırmaqla da qüsl etmək olar.

Hər iki qaydada edilən qüsl, şəriət baxımından düzgün sayılır.

Qeyd etmək lazımdır ki, islam şəriətində vacib və müstəhəb qüsulların hamısı bu qayda ilə həyata keçirilir.

  Mündəricat